Yeni tədris ilində ilk Pedaqoji Şura iclası keçirilib

     09 sentyabr 2025-ci il tarixində məktəbdə 2025–2026-cı tədris ilinin ilk Pedaqoji Şura iclası keçirilib. İclasın açılışını məktəbin direktoru Vələddin Nurəddinov edərək gündəlikdə olan məsələlərlə iştirakçıları tanış edib.
     Direktor müavinləri Alvina Cavadova, Günel Muradova, Sevinc Zaxarova ,Aygün Sadıqova, Səbinə Məmmədova iştirakı ilə keçirilən iclasda aşağıdakı əsas məsələlər müzakirə olunub:
1. Yeni tədris ilində qarşıda duran vəzifələr  
2. Keçən ilin davamiyyət və tədris nəticələrinin təhlili  
3. İstedadlı şagirdlərlə işin təşkili  
4. Valideynlərlə əməkdaşlıq istiqamətləri  
5. Məktəbdə psixoloji mühit və tərbiyə işi  
6. Cari və təşkilati məsələlər  
     İclasda 2024–2025-ci dərs ilinin yekunları, IX və XI siniflərin buraxılış imtahanlarının nəticələri, ali məktəblərə qəbul göstəriciləri və monitorinq nəticələri təhlil olunub. Eyni zamanda 2025–2026-cı tədris ilinə dair əsas hədəflər, metodiki şura və fənn metodbirləşmələrinin təşkili, dərs saatlarının və vəzifə bölgülərinin təsdiqi, növbətçi müəllimlərin və sinif rəhbərlərinin fəaliyyət planları da müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.
    İclas işgüzar və məhsuldar şəraitdə keçib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi