“Oxu Günü” Çərçivəsində “Oxu Müsabiqəsi” Keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 04.04.2018-ci il tarixli F-148 nömrəli əmrinə əsasən “Oxu günü” çərçivəsində aprelin 20-da Rixard Zorge  adına 90 №li tam orta məktəbdə “Oxu müsabiqəsi”nə start verilib.  Müsabiqənin əsas məqsədi  oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağının artırılması, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır. Müsabiqə məktəb rəhbərliyi və müəllim kollektivi tərəfindən təşkil  olunmuşdu. Şagirdlərin oxu savadının artırılması, dünyagörüşünün formalaşdırılması məqsədilə şagirdlərin bu tədbirdə daha fəal iştirak etməsinə şərait yaradılmışdır.  Tədbirdə  şagirdlər  oxuduqları  kitablardan, bədii  əsərlərdən  söhbət açdılar.  Daha sonra M.Ə.Sabirin "Dinmə uşaqdır uşağım" və C,Məmmədquluzadənin "Poçt qutusu", "Qurbanəli bəy"əsərlərindən parçalar səhnələşdirildi. Şagirdlərimiz hər üç  əsərin məzmunu,əsas ideyası və təhlili ilə əlaqədar maraqlı müzakirələr apardılar.

Tədbirin sonunda məktəbimizin direktoru Y.Quliyev çıxış edərək  mütaliənin önəmindən, insan həyatında rolundan, şagirdlərdə kitaba sevginin formalaşdırılmasında məktəbin nə qədər mühüm rola malik olmasından danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi