Valideynlərlə görüş keçirildi

  Məktəbin illik Fəaliyyət planının 1.4.12-ci bəndinə uyğun olaraq valideynləri fəaliyyət planı ilə tanış etmək və birgə fəaliyyətləri planlaşdırmaq məqsədilə 4 aprel 2018-ci ildə  məktəbimizdə 5-ci sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi. Məktəbin direktoru Y.Quliyev çıxış edərək, I yarımil üzrə hesabatı, şagirdlərin dərsə davamiyyəti, dərsdən qalma, dərsə gecikmə və dərsdən yayınma hallarının qarşısını almaq  məqsədilə nizam-intizam qaydaları və II yarımil ərzində qarşıda duran məsələləri valideynlərin diqqətinə çatdırdı. 2017-2018-ci dərs ilinin “Təhsildə keyfiyyət ili” elan edilməsini vurğulayan Y.Quliyev məktəb-valideyn əlaqələrinin şagirdlərin təhsilində mühüm əhəmiyyət kəsb etməsini də qeyd etdi. Sonda valideynləri maraqlandıran suallar cavablandırdı və valideynlərin təklifləri dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi