Açıq dərs keçirildi

      Məktəbin fəaliyyət planının 1.3.27 bəndinə uyğun olaraq Müasir və müstəqil Azərbaycançılıq ideyalarının təbliği, Şərqdə ilk demokratik respublika qurucularının dövlətçilik tarixində göstərdikləri misilsiz xidmətlər barədə məktəblilərin əldə etdikləri bilikləri təkmilləşdirmək, vətənpərvərlik hisslərini daha da artırmaq məqsədi ilə aprelin 13-də məktəbin tarix müəllimi Səfəri Məhsəti və 11 B sinif şagirdlərinin təşkilatçılığı ilə  ““Azərbaycan Xalq Cümhuriyyəti ili” adlı açıq dərs keçirildi. Dərs Dövlət Himnin səsləndirilməsindən sonra başladı. Təşkil olunmuş dərsdə məktəb rəhbərliyi də iştirak edirdi. Əvvəlcə müəllim şanlı tariximiz haqqında məlumat verərək bildirdi ki, 2018 - ci il may ayının 28-də müsəlman Şərqində ilk parlament respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Bu dövr tarixini əks etdirən slayd görüntülər təqdim olundu. Şagirdlərdən Cabbarov Gülnarə, Xankişiyeva Lalə, Baxşəliyeva Simarə, Cəfərzadə Cəmilə çıxış edərək qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın müəyyən dövrlərdə imperiyaların tərkibinə qatılmaq məcburiyyətində qalmasından, bütün siyasi çətinliklərə baxmayaraq yenidən müstəqilliyini bərpa etməsindən danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi