Aprel döyüşləri

Məktəbin Fəaliyyət planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədilə Aprel döyüşlərinə həsr edilmiş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi və şagirdlər iştirak edirdi. Tədbir Dövlət Himnin səslənməsi və şəhidlərin ruhunun 1 dəqiqəlik sükütla yad edilməsi ilə açıq elan olundu.Tədbirin keçirilməsində məqsəd 2016-cı il aprel döyüşlərində şəhid olan əsgərlərimizin anılması, ordumuzun qüdrətinin təbliğidir. Məktəb şagirdlərinin ifasında vətənpərvərlik mövzusuna həsr edilmiş şeir və mahnılar səsləndirilib, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş vermiş hərbi münaqişədən video-çarxlar nümayiş etdirilib.

Məktəbin direktoru Y.Quliyev  çıxış edərək, Milli Ordumuzun əsgərlərinin doğma Vətən torpaqlarımızı öz canları və qanları hesabına qoruduqlarını, qısa müddətdə strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrini Ermənistan Silahlı Qüvvələrindən tam azad etdiklərini vurğuladı. Y.Quliyev qeyd etdi ki, Azərbaycan xalqı erməni işğalı ilə heç zaman barışmayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi