Məntiq Olimpiadasinin İlk Turu Keçirildi

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin 5 aprel 2018-ci il tarixli, № F-152 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə aprelin 14-də məktəbimizdə “Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası”nın ilk turu keçirildi. Olimpiadada ümumi təhsil məktəblərinin hər iki - Azərbaycan və rus bölməsinin V-VI sinif şagirdləri iştirak ediblər. Bilik yarışının əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaqdır. Məktəbdaxili mərhələdə şagirdlər məntiqi təfəkkür növlərinə aid 25 test sualını cavablandırıblar. İlk turda uğur əldə edən məktəblilər olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi