Avropa çempionatında şagirdimizin qələbəsiMübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 9a sinif şagirdi İlyas Hətəmli taekvondo idman növü üzrə Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında rəqiblərinə qalib gələrək bürünc medal qazanıb. Şagirdimizi təbrik edir, gələcək həyatında uğurlar arzu edirik.
Beynəlxalq yarışda birinciyikMübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 8A sinif sagirdi İlyas Hətəmli Türkiyənin Ankara şəhərində keçirilən Taekvondo idman növü üzrə "Turkish Open" Beynəlxalq yarışında I yerə layiq görülüb.
İctimai Televiziyada yayımlanan “7 Şüşə” oyununda növbəti qalibiyyətimizŞagirdlərimiz İctimai Televiziyada yayımlanan “7 Şüşə” oyununda rəqiblərini məğlub edərək, adlarını qaliblər siyahısına yazdırıblar. Yarışda iştirak edən 4a sinif şagirdləri Mustafa Əkbərəli, Nəzrin Musayeva, Yusif Abdullalı, Əsnad Məmmədova və Emil Şükürbəylini rəhbər heyət adından təbrik edir, gələcək həyatlarında müvəffəqiyyətlər arzu edirik.