Nailiyyətlərimiz

Şahmat yarışı üzrə uğurlarımız davam edirAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Təhsil RİM”- in şahmat məktəbləri arasında komanda üzrə respublika birinciliyi yarışında Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 6f sinif şagirdi Məmməd Məmmədzadə III lövhədə I yerə layiq görülüb. Məmməd Məmmədzadə diplom və hədiyyələrlə təltif olunub. Şagirdimizi təbrik edir, gələcək həyatında uğurlar arzu edirik.

Bakı məktəbləri arasında birinciyik!Bakı şəhəri Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə Bakı məktəbləri arasında polis serjantı şəhid Rasim Oqtay oğlu Məmmədovun xatirəsinə həsr olunmuş şahmat turinirində Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 6f sinif şagirdi Məmməd Məmmədzadə, 7d sinif şagirdi Türkan İsayeva, 8a sinif şagirdi Ayan Əliyeva, 8e sinif şagirdi Əli Məmmədzadə və 10e sinif şagirdi Ağaməmməd Mirzəyevdən ibarət “Mübarizlər” komandası Bakı məktəbləri arasında I yerə layiq görülüblər. Şagirdlərimiz kubok, diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

"Əbədiyaşar Lider" inşa müsabiqəsiXətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı Xətai rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilən “Əbədiyaşar Lider” mövzusunda inşa yazı müsabiqəsində Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 10a sinif şagirdi Gözəl Əlizadə II yerə layiq görülüb, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Şagirdimizi təbrik edir, gələcək həyatında uğurlar arzu edirik.

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Orxan Qarayev Rəşad

İlyas Hətəmli Vüqar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi