Nailiyyətlərimiz

Şagirdimiz Turan Film FestivalındaÜmumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 284 bal toplayaraq məktəb üzrə ən yüksək nəticəni əldə edən 9f sinif şagirdi Dinara Baqoudinova TÜRKSOY, Ege Universitesi ve T. C. Kültür və Turizm Bakanlığı Sinema Genel Müdürlüğü iş birliğiyle 2-3 may 2024-cü il tarixləri arasında İzmirdə keçirilən Turan Film Festivalında ölkəmizi layiqincə təmsil etdiyi üçün mükafatlandırılıb. Şagirdimizi təbrik edir, gələcək həyatında uğurlar arzu edirik.

Şagirdlərimiz FİSO Olimpiadasının qaliblərindəndirMübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 5d sinif şagirdi Orxan Qarayev və 8e sinif şagirdi Kənan Qarayev FİSO Olimpiadasının Riyaziyyat yarışmasında iştirak ediblər. Orxan Qarayev qızıl medal və sertifikatla, Kənan Qarayev bürünc medal və sertifikatla mükafatlandırılıblar. Şagirdlərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

Şagirdimiz beynəlxalq yarışın qalibidirMübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 8b sinif şagirdi İlham Feyzullayev Gürcüstanda keçirilən taekvondo idman növü üzrə beynəlxalq yarışda 45 kq çəki üzrə oğlanlar arasında I yer tutduğuna görə təltif olunub. Şagirdimizi təbrik edir, gələcək həyatında uğurlar arzu edirik.

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Nilufər Məmmədova Qurban

Murad İsayev Məhəmməd

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi