Şagirdlərimiz mükafatlandırılıbHeydər Əliyev Mərkəzində Beynəlxalq Avtomobil Federasiyası- FİA Baş Assambleyasının yekun iclası keçirilib. İclasdan sonra Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin şagirdləri məktəblilər arasında AAT tərəfindən təşkil olunan intellektual yarışda qalib gələrək Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Mohammed Ben Sulayev və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Şagirdlərimizi təbrik edir, uğurlar arzulayırıq.
"Sənətin ən yaxşı bilicisi" kulinariya müsabiqəsinin qalibiyikTurizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Sənətin ən yaxşı bilicisi" kulinariya müsabiqəsi keçirilib. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Gənclər və İdman İdarəsi Xətai rayonu üzrə Sektorun birgə təşkilatçılığı ilə təşkil olunan müsabiqənin təşkilində məqsəd peşə təhsilinin təbliği və mətbəx mədəniyyətinin gənclər arasında təbliğ olunmasından ibarətdir. Müsabiqənin nəticəsinə əsasən 86 nömrəli tam orta məktəb II yerin qalibi olub.
“Yollarda təhlükəsiz davranışı öyrənək” III intellektual yarışın qalibiyikNoyabrın 27-də Heydər Əliyev Mərkəzində orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Yollarda təhlükəsiz davranışı öyrənək” III intellektual yarış keçirilib. Yarış Heydər Əliyev Mərkəzi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Avtomobil Federasiyasının birgə təşkilatçılığı, “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində təşkil edilib. Layihənin məqsədi yol hərəkəti iştirakçılarının həyat və sağlamlığının qorunması, yollarda təhlükəsiz və mədəni davranışın təbliği, məktəblilərin yol hərəkəti qaydaları barədə maarifləndirilməsindən ibarətdir. Yarışda Bakı şəhərinin 55 orta ümumtəhsil məktəbinin 7-8-ci sinif şagirdlərindən ibarət komandalar iştirak edib. Yarışın üç turunun yekununa əsasən Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin şagirdləri rəqiblərinə qalib gələrək, II yerə layiq görülüblər.