“Onlayn dərs” müsabiqəsində qalibiyyətMübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Firuzə Hüseynova Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən “Virtual məktəbdə bir gün” layihəsi çərçivəsində təşkil olunmuş “Onlayn dərs” müsabiqəsində I yerə layiq görüldü.
Müəllimimiz təltif olunubMəktəbimizin informatika müəllimi Lalə Abudova “Virtual Məktəb” layihəsinin həyata keçirilməsində səmərəli fəaliyyətinə, müəllim və şagirdlərə göstərdiyi dəstəyə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva tərəfindən təltif olunub.
İnşa yazı müsabiqəsində birincilikMəktəbimizin XI sinif şagirdi Şabanzadə Rəna Xocalı Soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunmuş "Xocalı Soyqırımını unutma" mövzusunda rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən onlayn inşa yazı müsabiqəsində I yeri tutduğuna görə təltif olunur