Şagirdimiz təltif olunub17-18 yanvar 2024-cü il tarixlərində “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin Suraxanı rayonunda yerləşən ağır atletika zalında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş açıq birincilik keçirilib.Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 5a sinif şagirdi Aydın Mirzəzadə I yerə layiq görülüb. “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbi tərəfindən diplom, medal və hədiyyələrlə təltif olunub.
Şagirdimiz Azərbaycan birincisidirMübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 9a sinif şagirdi İlyas Hətəmli Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan taekvondo üzrə Azərbaycan birinciliyi olimpiyasında 45 kq çəki üzrə oğlanlar arasında I yer tutduğuna görə təltif olunub.
“Ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibiyikPaytaxtın ümumi təhsil müəssisələri arasında təşkil olunan “Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsində keçirilən tədbirdə idarənin müdir müavini Anar Məmmədov, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, qalib məktəblərin direktorları və məktəblərin saytının idarə edilməsi üzrə məsul şəxslər iştirak ediblər. Bakının 12 inzibati rayonunu əhatə edən müsabiqənin 2022-2023-cü tədris ilinin nəticələrinə görə, Xətai rayonu üzrə Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəb münsiflər heyəti tərəfindən qalib seçilib.