“Ümumrespublika yaşıllaşdırma marafonu” çərçivəsində Xətai rayonunda “Yaşıl marafon” adlı ağacəkmə aksiyası keçirilib

 Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə ekoloji durumun daha da yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər Xətai  rayonunda da davamlı xarakter alıb. Dekabrın 16-da  Xətai rayon İcra Hakimiyyəti və IDEA İctimai Birliyinin təşəbbüsü  ilə rayonun General Mehmandarov küçəsində sürüşmə ərazisində “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində “Yaşıl marafon” adlı ağacəkmə aksiyası keçirilib. Tədbirdə  Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov,  rayonun idarə və təşkilatları, 86 nömrəli məktəbin “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olmuş 10 B sinif şagirdi Nilufər Məmmədova və Uşaq Birliyi Rəhbəri Məsmə Nəcəfova iştirak ediblər. Marafonun əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək, ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarətdir. Yüksək fəallıq və əhval-ruhiyyə ilə keçirilən yaşıllaşdırma marafonunda ərazi məişət tullantılarından təmizlənib, ağac və bəzək kolları əkilib. Sonda  ağacəkmə kampaniyasının iştirakçıları uçün çay süfrəsi təşkil olunub. Çay süfrəsi ətrafında aksiya xoş anlarla yekunlaşıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi