"Müstəqil Azərbaycan dövlətinin qurucusu- Heydər Əliyev"

Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Gülsüm Nəsibovanın rəhbərliyi, 4A sinif şagirdlərinin iştirakı ilə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar büstü önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib. Gülsüm Nəsibova Heydər Əliyevin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətləri barədə şagirdlərə ətraflı məlumatlar verib.