“Keçmişdən gələcəyə ailə dəyərləri”

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Ailəm və məktəbim” layihəsinə start verilib. Layihənin keçirilməsinin əsas məqsədi cəmiyyətin təməlini təşkil edən, dəyərlərini yaşadan ailələr və ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etməkdən ibarətdir.
Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Fərzəliyeva və psixoloq Şəfəq Soltanovanın təşəbbüsü, 6B sinif valideynlərinin iştirakı ilə maarifləndirici görüş keçirilib. Valideynlərin təklif və fikirlərinin öyrənilməsi üçün keçirilən görüşdə “Keçmişdən gələcəyə ailə dəyərləri” mövzusunda müzakirələr aparılıb.