Şagirdlərimiz “Tağıyev: Neft” və “Tağıyev: Çar” bədii filmlərini izləyiblər

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “7-dən 17-yə vətənpərvər!” layihəsinə start verilib. Layihənin əsas məqsədi məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini gücləndirməkdən ibarətdir. Layihə çərçivəsində Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin tarix müəllimi Ayşəm Həsənovanın rəhbərliyi ilə 8D sinif şagirdləri Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsi əsasında çəkilmiş bədii filmi izləyiblər. Filmdə Azərbaycanın tarixi və coğrafiyası, mədəni abidələri, adət-ənənələri, tanınmış şəxsiyyətləri haqqında məlumatlar öz əksini tapmışdır.