Pedaqoji Şura iclası keçirilib

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə növbəti Pedaqoji Şura iclası keçirilib. İclasda böyük summativ qiymətləndirilmənin keçirilməsi, IX siniflər üzrə keçirilmiş buraxılış imtahanının nəticələri, “Son zəng” tədbirinin təşkil edilməsi və digər cari məsələlər haqqında müzakirələr aparılıb.

   Məktəbin direktoru Günel Səmədova çıxışı zamanı müəllimləri “Son zəng” tədbirinin təşkil edilməsi haqqında təlimata əsasən bütün qaydalara əməl olunmasının vacibliyini bildirib. Həmçinin “Son zəng” tədbirinin məktəbin həyətyanı sahəsində və təhlükəsiz şəraitdə keçiriləcəyini bildirib.

   Təlim-tərbiyə işləri üzrə direktor müavini tədbirdə zorakılığı və zərərli vərdişləri təbliğ edən, siyasi, etnik mənsubiyyət, cinsi, dini və irqi ayrı-seçkilik məzmunlu ifadələr işlədilməməli, bayağı musiqilər (mahnılar) səsləndirilməməli, həmçinin tədbir zamanı və tədbirdən sonra ümumi təhsil müəssisəsində hər hansı alkoqollu içkilərdən, zərərli maddələrdən istifadə olunmaması ilə əlaqədar ciddi xəbərdarlıq edib.

   Məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı tədbirdə iştirak edən şagirdlərin xarici görkəminin və geyiminin oxuduğu təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olması təmin edilməli, həmçinin tədbirin təşkili zamanı səhnə dizaynı üçün istifadə olunan dekorasiya müəssisənin daxili imkanlarını aşmamalı, korrupsiya hallarına səbəb yaratmamalı olmasının zəruriyyətini vurğulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi