"Ailəm və məktəbim"

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Ailəm və məktəbim” layihəsinə start verilib. Layihənin keçirilməsinin əsas məqsədi cəmiyyətin təməlini təşkil edən, dəyərlərini yaşadan ailələr və ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etməkdən ibarətdir.

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin tarix müəllimi Ayşəm Həsənovanın rəhbərliyi, 8D sinif şagirdlərinin, həmçinin valideynlərinin iştirakı ilə görüş keçirilib. Şagirdlərin və valideynlərin birgə fəaliyyətə cəlb olunması məqsədilə keçirilən görüş zamanı, onların təklif və fikirlərinin öyrənilməsi üçün müxtəlif mövzularda müzakirələr aparılıb, müxtəlif əyləncəli oyunlar oynanılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi