"Riyaziyyat bütün elmlərin şahıdır”

   “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Təbirlər Planına əsasən görülən işlər davam edir. Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Gülnaz Hüseynovanın rəhbərliyi ilə “Ailəm və məktəbim” layihəsinə əsasən riyaziyyat fənn aylığı çərçivəsində “Riyaziyyat bütün elmlərin şahıdır” adlı tədbir təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə məktəbin müəllim, şagird və valideyn kollektivi fəal iştirak ediblər. İstedadlı şagirdlərin iştirakı ilə hazırlanan səhnəciklər, rəqslər və videoçarxlar böyük maraqla izlənilib.

   Sonda riyaziyyat fənn aylığı çərçivəsində keçirilən müsabiqələrdə qalib gələn şagirdlər təlim-tərbiyə işləri üzrə direktor müavini Ülkər İsmayılova və Gülnaz Hüseynova tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi