“Müstəqil Azərbaycanın memarı- Heydər Əliyev”

“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” çərçivəsində məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Dilarə Novruzovanın rəhbərliyi ilə riyaziyyat fənnindən ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycanın memarı- Heydər Əliyev”adlı məktəbdaxili olimpiada təşkil oıunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə məktəbin müəllim, şagird və valideyn kollektivi iştirak ediblər. İstedadlı şagirdlərin iştirakı ilə hazırlanan səhnəciklər, rəqslər və videoçarxlar böyük maraqla izlənilib.
Dördüncü sinif şagirdləri arasında keçirilən olimpiadanın final mərhələsində 4E sinif şagirdlərindən təşkil olunmuş komanda 4F sinif şagirdlərindən ibarət komandaya qalib gələrək birinci yerə layiq görülüblər. Sonda qalib gələn şagirdlər diplom və hədiyyələrlə mükafatlandırılıb.