Şagirdlərimizin "Nömrə 1 çörək zavodu"na ekskursiyası

Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səbinə Qədiməliyevanın rəhbərliyi ilə 3E sinif şagirdlərinin "Nömrə 1 çörək zavodu"na ekskursiyası təşkil olunub. Zavodun əməkdaşları tərəfindən şagirdlərə çörəyin bişirilmə texnologiyaları və avadanlıqlar haqqında geniş məlumat verilib. Gün ərzində bişirilən məhsullar şagirdlərə nümayiş etdirilib. Çörəyin hazırlanması prosesi şagirdlər tərəfindən maraqla izlənilib.