“Bakı Zooloji Parkı”na ekskursiya təşkil olunub

Təhsilalanların fəal öyrənməsinə dəstək verən üsullardan biri kimi dərs-ekskursiyalarının təşkili olduqca vacibdir. Yaşıl layihə: “Suveren dövlətin ekoloji dəyərləri” layihəsinə əsasən Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Fərzəliyevanın rəhbərliyi ilə 6B sinif şagirdlərinin “Bakı Zooloji Parkı”na ekskursiyası təşkil olunub. Həmçinin sahibsiz heyvanlara qulluq və düzgün münasibətin formalaşdırılması məqsədilə şagirdlərlə maarifləndirici söhbət aparılıb.