"Xarı bülbül əfsanəsi"

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş "Xarı bülbül əfsanəsi" tamaşasının təqdimatı keçirilib. Tədbirin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvərlik ruhda tərbiyə olunmasıdır. Tədbirdə Azərbaycan xalq rəssamı, Azərbaycan Milli Xalça Muzeyinin eksperti, Azərbaycan Rəssamlar İttifaqının Dekorativ Tətbiqi Sənət bölməsinin rəhbəri Aydın Rəcəbov, Fəlsəfə elmləri doktoru, yazıçılar birliyinin üzvü, psixolinqvistik, alternativ psixoloq Almaz Xanlarova, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Hüseynov, şəhid Ağacavad Mütəllimzadənin anası Nailə Mütəllimzadə, ehtiyatda olan polkovnik-leytenant, 1-ci Qarabağ müharibəsi iştirakçısı, qazi Elxan Şıxəliyev, Gün Tv media qrupunun rəhbəri Mehriban Sadıqova, mərkəzin direktoru Kəmalə Abdullayeva, dərnək üzvləri və valideynlər iştirak ediblər.
Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 6D sinif şagirdi İlham Ələkbərzadə və 10D sinif şagirdi Aysu İsmayılova fəal iştirakına görə diplomla təltif olunublar.