“Kiçik istedadlardan böyük nailliyyətlər”

Konstitusiya və Suverenlik İli" çərçivəsində Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə “Ailəm və məktəbim” layihəsinə əsasən ibtidai sinif müəllimi Səbinə Əlibəyovanın rəhbərliyi, 3D sinif şagirdlərinin iştirakı ilə “Kiçik istedadlardan böyük nailliyyətlər” adlı tədbir təşkil olunub. Tədbirdə məktəbin direktoru Günel Səmədova, təlim-tərbiyə işləri üzrə direktor müavini Dilarə Əliyeva, ibtidai siniflər üzrə metodbirləşmə rəhbəri Gülsüm Nəsibova, psixoloq Şəfəq Soltanova, uşaq birliyi təşkilatı rəhbəri Şərqiyyə Əliyeva, şagirdlər və valideynlər iştirak ediblər. Şagirdlərin maarifləndirilməsi, bilik və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, valideyn, müəllim və şagird əməkdaşlığın inkişafı, fənlərə inteqrasiyasının təşkili məqsədilə təşkil olunan tədbirdə şagirdlər müxtəlif istiqamətlər öz istedadlarını nümayiş etdiriblər.