Şagirdlərimiz Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiyada

   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində Yaşıl layihə: “Suveren dövlətin ekoloji dəyərləri” layihəsinə start verilib. Layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, onların bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərin həllinə dəstək verilməsindən ibarətdir. Bu layihəyə əsasən Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin tarix müəllimi Samirə Şıxalıyevanın rəhbərliyi ilə 6A sinif şagirdlərinin “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğununa ekskursiyası təşkil olunub. Həmçinin şagirdlər Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılan “Tullantıdan sənətə” muzeyi ilə yaxından tanış olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi