Ekskursiya təşkil edilib

       Asudə vaxtın səmərəli keçirilməsi məqsədilə 11/05/2025-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3-2-231F/2025 nömrəli əmrini rəhbər tutaraq "7-dən 17-yə vətənpərvər!" layihəsi çərçivəsində 8"E" sinif şagirdləri sinif rəhbərləri Zeynalova Zəkiyyənin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Qarabağnamə” tamaşasını izləyiblər. “Qarabağnamə” Ulu Öndərimizin ən çox sevdiyi tamaşalardan biri olmuşdur.
"Qarabağnamə" tamaşası xalq yazıçısı İlyas Əfəndiyevin "Hökmdar və qiz" pyesi əsasında səhnələşdirilib.Səhnə əsəri XVIIl əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. Xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi