Şagirdimizin uğuru

Azərbaycan Kikboksinq Federasiyasının Bakı birinciliyi üzrə keçirdiyi turnirdə məktəbin 9"F" sinif şagirdi Əhmədov Ayxan 50 kq- lıq çəki dərəcəsində öz yaşıdları arasında müxtəlif vaxtlarda 1 - ci və 2- ci yerləri qazanaraq qalib olmuşdur.
Məktəbin direktor əvəzedicisi Zərifə Cəfərova şagirdimizi bu münasibətlə təbrik etmiş və bütün kollektiv adından ona daha böyük nailiyyətlər qazanmağı arzulamışdır.