Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102- ci ildönümünə həsr olunmuş "Dəyirmi masa" keçirilib

Azərbaycan Respublikasında 2025-ci ilin Konstitusiya və suverenlik ili " elan edilməsi ilə bağlı "Tədbirlər Planı"nın icrası ilə əlaqədar "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" bəndi üzrə məktəbdə silsilə tədbirlərin keçirilməsi davam edir.08/05/2025- ci il tarixində məktəbin dil-ədəbiyyat müəllimi Sadıqova Lamiyə 8"E" sinfində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102- ci ildönümü ilə bağlı "Dəyirmi masa" təşkil etmişdir.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən üçün canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla anıldı. Daha sonra Lamiyə müəllim Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verdi, Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətindən, gənclərə diqqət və qayğısından danışdı. Heydər Əliyev siyasi irsinin dərindən öyrənilməsinin zəruriliyini vurğuladı. Dəyirmi masada Ümummilli Liderin həyat və fəaliyyətinə dair videoçarx nümayiş olundu. Şagirdlər Heydər Əliyevin müdrik kəlamlarını səsləndirdilər.
Tədbirdə direktor əvəzedicisi Zərifə Cəfərova və müəllimlər iştirak edirdilər.Sonda Zərifə Cəfərova çıxış etmiş və Ulu Öndərin siyasi irsi, onun azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilə çevrilməsi istiqamətində gördüyü mühüm işlər haqqında , azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirməsi haqqında fikirlərini söyləmişdir.