Pedaqoji Şura iclası keçirilib

  25 iyun 2025-ci il tarixində  2024–2025-ci tədris ilinin yekun Pedaqoji Şura iclası keçirilib. İclasda məktıb rəhbərliyi və müəllimlər iştirak etmişlər. Məktəbin direktor əvəzedicisi Səidə Əhmədova iclası açıq elan edərək gündəlikdə duran məsələlər haqqında geniş məlumat vermişdir və təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində növbəti tədris ilində şura üzvlərinə işlərində daha da məsuliyyətli olmalarını tövsiyə etmişdir.
    İclas zamanı şagirdlərin sinifdən-sinfə keçirilməsi, IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri, monitorinqlərin ümumi mənzərəsi, təlim və tərbiyə sahəsində görülmüş işlərin geniş təhlili ilə bağlı məsələlər haqqında danışmaq üçün söz təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərovaya verilmişdir. O, bu mövzularda çıxış edərək yay tapşırıqları, illik hesabatlar və qarşıda duran hədəflərlə bağlı fikirlərini də bölüşmüşdür. Daha sonra çıxış edən ibtidai siniflərdə təlim-tərbiyə işləri üzrə direktor müavini Elnurə İsmayılovanın hesabatı dinlənilmiş, ibtidai siniflərdə tədrisin vəziyyəti və yekunları ilə bağlı məlumatı verilmişdir.
Gündəlikdə yer alan məktəb üzrə şagird nailiyyətləri, psixoloji və tərbiyəvi fəaliyyətlərin təşkili ilə bağlı UBTR -Aynurə Qasımova və məktəbin psixoloqu Turanə İmaməliyeva çıxış etmişlər.
    İclasda ömrünün uzun illərini elmə, təhsilə həsr etmiş, müəllimlərin, şagirdlərin və valideynlərin sevgisini qazanmış Şövkət Quliyeva, Sevil Əliyeva, Cəmilə Əhmədova, Fəridə Məhərrəmova, Əntiqə Abbasovanı pedaqoji  kollektiv həm sevinc, kəm də kədər hissi ilə təqaüdə yola salmışdır. Direktor əvəzedicisi Səidə Əhmədova bütün kollektiv adından onlara gələcək həyat yollarında uğurlar arzu etmişdir və həm onları, həm də məktəbin pedaqoji və ictimai həyatında səmərəli rolu olan kollektiv üzvlərini təltif etmişdir.
     İclasın sonunda bütün məsələlər üzrə Pedaqoji Şura qərar qəbul edib. Məktəb rəhbərliyi gələcək tədris ili ilə bağlı qarşıya qoyulan məqsədləri qeyd edərək, müəllim heyətinə səmərəli istirahət və növbəti ildə daha böyük uğurlar arzulayıb.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi