Pedaqoji Şuranın iclası keçirilib

12.09.2025-ci il tarixdə məktəbdə Pedaqoji Şuranın 2025-2026-ci tədris ili üzrə ilk pedaqoji iclası keçirildi. Məktəbin direktor əvəzedicisi Səidə Əhmədova kollektivi salamlayaraq yeni tədris ilində məktəbə təyinat almış müəllimləri təbrik edərək onları kollektivə təqdim etdi. Sonra məktəbin keçən tədris ilində qazanılmış uğurlarından, yüksək nailiyyətlərindən və çatışmazlıqlardan danışdı. Bu uğurlar üçün müəllim heyyətinə təşəkkürünü bildirdi. Daha sonra iclasın gündəliyində dayanan məsələlər iclas iştirakçılarına elan edildi: məktəbin iş rejiminin təsdiq edilməsi, vəzifə bölgüsü, yay tədris tapşırığı almış şagirdlərin yekun vəziyyəti, sinif komplektlərinin müəyyənləşdirilməsi, sinif rəhbərlərinin təyin edilməsi, fənn metodbirləşmə sədrlərinin təyin edilməsi, "Bilik Günü"nün keçirilməsi, dərsliklərin təminatı vəziyyəti və paylanılması barədə, yeni tədris ilinə hazırlıq vəziyyəti və cari məsələlər.....
İclas direktor müavinləri Zərifə Cəfərova və Elnurə İsmayılovanın çıxışları ilə davam etdi. Sonda protokol tərtib edilib və qəbul edilməli qərarlar heyətin nəzərinə çatdırılıb. Qərarlar səs çoxluğu ilə qəbul edildikdən sonra pedaqoji heyəti maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir.