Məzunlara fərqlənmə attestatları təqdim edilib

   Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydasının 5.1-ci bəndinə müvafiq olaraq iyunun 23-də məktəbin 11-ci sinfini bitirən məzunlara  fərqlənmə attestatları təqdim olundu. 
Attestatları məktəbin direktor əvəzedicisi Səidə Əhmədova təntənəli surətdə məzunlara təqdim edərək onlara ən xoş arzularını bildirdi və gələcək yollarında uğurlar, nailiyyətlər dilədi.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova və 11-ci siniflərin sinif rəhbərləri də bu arzulara qoşulmuş,məzunları təbrik etmişlər.
Bu uğur məktəbimizin uğurudur.  Kollektivimizin əzmkarlığının və şagirdlərin fədakar əməyi ilə əldə olunan uğurdur. Məzunlarımıza gələcək həyat yollarında daim uğur qazanmağı arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi