XI sinif şagirdlərinə tam orta təhsil haqqında attestatlar təqdim olunub

19/06/2025-ci il tarixində məktəbin XI sinfini bitirən məzunlarına tam orta təhsil haqqında attestatlar verilib. Attestatları təqdim edən məktəbin direktor əvəzedicisi Səidə Əhmədova məzunları tam orta təhsili bitirməkləri münasibəti ilə təbrik edib, onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb. Həmçinin, tədbirdə iştirak edən təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova və sinif rəhbərləri də məzunları təbrik etmiş, arzularını çatdırmışlar. Sonda məktəb rəhbərliyi, sinif rəhbərləri və məzunlarla xatirə şəkilləri çəkilib.
Qeyd edək ki, Attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası” əsasında məzunlara təntənəli surətdə təqdim olunub.