BilBacar müsabiqəsinin qalibləri elan olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə məktəblilər arasında keçirilən BilBacar müsabiqəsinin final mərhələsində məktəbin dörd şagirdi iştirak etmişdir.
Qeyd edək ki, BilBacar müsabiqəsinin keçirilməsində məqsəd VIII, IX və X sinif şagirdlərinin məktəbdə qazandıqları bilik və bacarıqlardan istifadə etmək qabiliyyətini inkişaf etdirmək və həmin bacarıqların real həyatda tətbiqinə sövq etməkdir. Nəticələrə əsasən,məktəbimizin iki şagirdi müsabiqə üzrə qalib olmuşdur.
Respublika üzrə 2-ci yerin qaliblərindən biri 8 "E" sinif şagirdimiz Hüseyn Ağayev Fuad oğlu(527.8 )3-cü yerin qaliblərindən biri isə, 8 "E" sinif şagirdi Qarayeva Fərəh Namiq qızı olmuşdur.(514.8)
Məktəbin direktor əvəzedicisi Səidə Əhmədova, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova və məktəb üzrə BilBacar müsabiqəsinin koordinatoru Aytən Həsənova şagirdlərimizi təbrik etmiş, onlara uğurlar arzulamışlar!