Məktəbimizin müəllimi təltif olunub

08.05.2025-ci il tarixdə məktəbin GÇH fənni üzrə müəllimi, l Qarabağ müharibəsi veteranı Mehdiyev Aslanşah, direktor əvəzi Zərifə Cəfərova tərəfindən "65 illik yubileyi və işində səmərəli fəaliyyətinə görə" "Fəxri-Fərman" və hədiyyə ilə təltif olunub.l Qarabağ müharibəsində qəhrəmanlıqlar göstərərək vətənin azadlığı uğrunda döyüşlərdə iştirak etmiş Aslanşah müəllim, bu gün də bir müəllim kimi fəaliyyət göstərərək vətənpərvər gənclər yetişdirir.Təsadüfi deyil ki, l Vətən müharibəsində onun başladığı mübarizəni ll Vətən müharibəsində illər ərzində onun da zəhməti ilə yetişdirilən gənclər davam etdirərək sona çatdırmış və Vətən torpaqlarını mənfur düşməndən azad etmişlər.
Zərifə Cəfərova və məktəbin digər kollektiv üzvləri Aslanşah müəllim haqqında dəyərli fikirlər söyləyərək ona bundan sonrakı fəaliyyətində də uğurlar arzulamışlar.