"7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində“Əsgərə məktub” aksiyası keçirilib

       Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “7-dən 17-yə vətənpərvər!” layihəsinə start verilib.Layihənin əsas məqsədi məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini gücləndirməkdən ibarətdir.
08/05/2025-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3-2-231F/2025 nömrəli əmrini rəhbər tutaraq "7-dən 17-yə vətənpərvər!" layihəsi çərçivəsində məktəbin riyaziyyat müəllimi və 7"B" sinfinin sinif rəhbəri Nuriyeva Esmiranın rəhbərliyi ilə  “Əsgərə məktub” aksiyası keçirilib. Aksiyanın keçirilməsinin əsas məqsədi şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda  vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək, Azərbaycan əsgərinə hörmət və ehtiram hissini aşılamaqdan ibarət olub. 
     Şagirdlər əsgərə məktubda öz ürək sözlərini yazıb, rəsmlər çəkib, zərflərə yerləşdiriblər,eləcə də uşaqlar evdən gətirdikləri bədii kitabların ilk səhifəsinə öz arzularını yazaraq onları da məktublarla birgə qutuya yığaraq əsgəri xidmətdən məzuniyyətə gəlmiş əsgər Əhmədov Sübhana təqdim etmiş  və onun vasitəsi ilə  N saylı hərbi hissədə hərbi xidmət keçən əsgərlərə göndərmişlər.7"B" sinif şagirdi İmaməliyev Turan isə,əsgər Əhmədov Sübhana öz kiçik hədiyyəsini də vermişdir.
Uşaqların bu gözəl təşəbbüsü məktəb rəhbəri Zərifə Cəfərova tərəfindən dəyərləndirilmiş və o,şagirdlərə və onların sinif rəhbəri Esmira Nuriyevaya,coğrafiya fənn müəllimi Susanna Abduləzimovaya təşəkkürünü bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi