"7-dən 17- yə vətənpərvərlik"layihəsi çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 iiliyinə həsr olunmuş təşkilat saatları keçirilib

“7-dən 17-yə vətənpərvər!” layihəsi çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 iiliyinə həsr olunmuş təşkilat saatları keçirilib.Təşkilat saatlarının keçirilməsinin əsas məqsədi Heydər Əliyevin uzaqgörən dövlətçilik və idarəçilik siyasəti, Azərbaycanda dövlət quruculuğu, siyasi sabitliyin təmin edilməsi, ölkənin beynəlxalq nüfuzunun gücləndirilməsi, təhsil və digər sahələrin inkişafı baxımından müstəsna xidmətləri barədə Ümummilli Liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarət olub. 08/05/2025-ci il tarixində ingilis dili müəllimi Qızyetər Abbasova rəhbəri olduğu 8"Ç" sinfində keçirdiyi təşkilat saatında şagirdlərə Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən söz açmış, qeyd etmişdir ki, müasir, müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini milli dövlətçilik strategiyasının əsas prioriteti kimi müəyyənləşdirib və bu amal onun bütün siyasi fəaliyyətinin əsas qayəsini təşkil etmişdir. Bu müqəddəs və ali məqsəd ümummilli liderimizin layiqli davamçısı, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə reallığa çevrilib, Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edərək Ulu Öndərin vəsiyyətini yerinə yetirib.
Sonra şagirdlər dahi şəxsiyyət haqqında hazırladıqları təqdimatla çıxış edib, Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirdilər.