28 may Respublika gününə həsr olunmuş " Yaşa, var ol, Azərbaycan" tədbir keçirildi.

Şagirdlərin vətənpərvər ruhda böyüməsi, tərbiyə alması üçün müəlliminin rolu böyükdür. Xüsüsilə də ibtidai sinif müəllimlərinin.şagirdlərdə Vətəninə , xalqına olan sevgini sağlam şəkildə formalaşdıraraq cəmiyyətə təqdim etmək müəlliminin başlıca vəzifəsı hesab olunur. Dərs ili boyu məktəblərdə milli adət - ənənələrimizlə, tarixi hadisələrlə , bağlı bir sıra tədbirlərin keçirilməsi şagirdlərdə Vətəninin keçmişinə, bu gününə və gələcəyinə hörmət , inam hissini formalaşdıraraq inkişaf etdirir.Bundan başqa , əgər hər bir təhsil ocağı şagirdlərini xalqımızın dəyərli insanları ilə görüşdürüb onların həyat yolu, fəaliyyətləri barədə məlumat verirsə, bu da xalqımızın mənəvi dəyərlərə olan diqqətindən, hörmətindən irəli gəlir. Bu məqsədlə məktəbimizdə müntəzəm olaraq bır sıra tədbirlər keçirilir.İbtidai sinif müəllimi İsmayılova Əsmayə sinif rəhbəri olduğu 4 c şagirdləri , 28 may Respublika gününə həsr olunmuş " Yaşa, var ol, Azərbaycan" adlı ədəbi- bədii kompozisiya və Pedaqoji elmlər doktoru , professor Əjdər Ağayevin yazmış olduğu " Pişik balasının səhvi" tamaşasını səhnələşdirdilər. Hamı tərəfındən sevildi və yüksək alqışlandı.Tədbirə başlamamışdan əvvəl Mahirə xanım Qocayeva gələn qonaqları -Pedoqoji elmlər doktoru,professor , Azərbaycan təhsil şurasının sədri , "Təhsil və Zaman " qəzetinin baş redaktoru Əjdər Ağayevi, yazıçı- jurnalist Böyükağa Mikayıllını və tədbir iştirakçılarını salamladı. O bildirdi ki, müdrik siyasətçi, ulu öndər H. Əliyev hər zaman təhsilə böyük diqqət yetirib. Onün bizlərə əmanət qoyub getdiyi respublikamız bu gün müstəqillik yolunda inamla addımlayır. Biz də bu yolda ulu öndərin davamçısı olan prezidentimiz İlham Əliyevə dəstək olaraq respublikamızın günü- gündən çiçəklənməsində əlimizdən gələni əsirgəməməliyik. Daha sonra doğma vətənimiz Azərbaycan haqqında çoxlu şeirlər, mahnılar söylənildi. Əllərdə dalğalanan bayraqlar, Azərbaycan, onun ayrılmaz hissəsi olan Qarabağ haqqında göstərilən slaytlar , ölməz korifeylərimiz Xan Şuşinşkinin , Müslüm Moqamayevin qızıl səsləri zalda oturanları sözün əsl mənasında təsirləndirmişdi. Tədbirin ikinci hissəsində Pedoqoji elmlər doktoru , profəssor Əjdər Ağayevin "Pişik balasının səhvi" tamaşası 4- cülər tərəfindən məharətlə nümayiş olundu. Tədbirin sonunda çixiş edən Əjdər Ağayev tədbirdən çox razı qaldığını bildirdi və şagirdlərin suallarını cavablandırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi