Müəllimimiz Beynəlxalq layihədə iştirak edir

       Scientix STEM Kəşf Kampaniyası Life Terra layihəsi ilə birgə təşkil edilən beynəlxalq təşəbbüsdür. Bu təşəbbüsə məqsədyönlü şəkildə Avropada və onun hüdudlarından kənarda təhsil işçiləri, layihələr, təşkilatlar, məktəblər, universitetlər və bütün maraqlı tərəflər Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat sahələrində fəaliyyətlərini göstərmək üçün qoşulmuşlar. Məktəbimizin informatika müəllimi Həsənova Aytən Scientix STEM Kəşf Kampaniyası Life Terra layihəsi ilə birgə təşkil etdiyi bu beynəlxalq təşəbbüsə qoşulanlar sırasındadır. SDC24 kampaniyasına  biologiya (C.Zərifə) və coğrafiya (A.Susanna) fənn müəllimləri ilə əməkdaşlıq edərək qoşulan Aytən müəllimin "Ekodərsi"  STEM DİSCOVERY CAMPAİGN 2024 - SDC 24 xəritəsinə qeyd edilmişdir. Qeyd edək ki, Azərbaycandan 31 təhsil fəaliyyəti bu xəritədə qeyd edilmişdir.
2023-2024-cü tədris ilində məktəbin "Fəaliyyət Planı"nın 1.3 bölməsinin - peşəkar inkişaf və metodiki xidmətin təşkili üzrə 1.3.4 bəndinə əsasən informatika fənn aylığı və "Yaşıl dünya naminə həmrəylik ili" günlərinə təsadüf edən bu fəaliyyətində Aytən müəllimə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi