Ümummilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş xüsusi dərs keçirilib

10/05/2024-cü il tarixdə məktəbin ibtidai sinif müəllimi Rəcəbova Mətanət 2"A" sinfində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş xüsusi dərs təşkil edib.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan dərs, Ulu öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsilə davam edib. Mətanət müəllimə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən söz açıb.
Şagirdlər hazırladıqları təqdimatlarında Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın inkişafı və çiçəklənməsində rolundan, xalqımız üçün, təhsilin inkişafı üçün gördüyü işlərdən söz açıblar. Şagirdlər vətənpərvər ruhlu mahnı və şeirlər səsləndirib, H.Əliyevin dəyərli kəlamlarından sitatlar gətiriblər.
Dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak etmişlər.