Şagirdimiz inşa yazı müsabiqəsində uğur qazanıb

08/05/2024-cü il tarixdə Sabunçu rayonu ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında “Yüksəkliyin Heydər Əliyev zirvəsi” mövzusunda keçirilən inşa yazı müsabiqəsində məktəbin 11"B" sinif şagirdi Əlizadə Fidan uğur qazanaraq ll yerə layiq görülüb.
Keçirilən bu müsabiqə məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara doğma Respublikamızın tarixini, mədəniyyətini, milli irsini öyrətmək, sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq, ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirmək məqsədini daşıyır.
Məktəbin direktoru Yasin Quliyev bütün kollektiv adından uğur qazanan şagirdimizi və onun fənn müəllimi Tağıyeva Afəti təbrik etmiş və bundan sonra da uğurlarının davamlı olmasını arzulamışdır.