"Heydər Əliyev və Azərbaycan tarixi"

6 may 2023-cü il tarixdə Bakı Şəhər İcra Hakimiyyətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş paytaxt məktəbliləri arasında keçirilən "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda ənənəvi referat yazı müsabiqəsinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfransda Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Bakı Şəhəi İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, paytaxt rayonlarında keçirilmiş konfranslarda qalib seçilmiş məktəblilər və media nümayəndələri iştirak ediblər.
Sevindirici haldır ki, 2700-dən çox Bakı məktəblisinin iştirak etdiyi bu müsabiqədə məktəbin X"A" sinif şagirdi Məmmədova Turanənin “Azərbaycan torpaqlarının ilk dəfə vahid dövlətdə birləşdirilməsi - Sacilər”və 10"B" sinif şagirdi Nəcəfli Nahidin "Qafqaz İslam ordusu – Bakının düşmən işğalından azad olunması”mövzularında yazdıqları referat işləri də seçilənlər sırasında olmuşdur.
Bu münasibətlə məktəbin direktoru Yasin Quliyev başda olmaqla bütün kollektiv adından şagirdlərimizi və onların elmi rəhbərləri Quliyeva Gülnazı,İmanova Şəhanəni təbrik edir, bundan sonra da onlara uğurlar arzulayırıq!