Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

       10/05/2024-cü il tarixdə Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və görkəmli  dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi ilə bağlı "Daim qəlbimizdəsən" adlı tədbir keçirilib. Məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Seyidbalayeva Şəhla, dil-ədəbiyyat müəllimləri Kərimov Taqət və Qasımova Ruhəngizin birgə fəaliyyəti ilə ərsəyə gələn tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, UBTR Günay Həsənova, müəllimlər və şagirdlər iştirak ediblər.
   Aparıcılar Ulu öndərin həyat və fəaliyyətindən  bəhs edən məlumatlarla çıxış ediblər. Şagirdlər dahi şəxsiyyətə  həsr olunmş  şeirlər söyləyib, mahnılar oxuyublar. Ümummilli liderə həsr olunmuş  plakat və rəsmlər nümayiş etdirilib. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Yasin Quliyev dahi insan,qüdrətli siyasi lider Heydər Əliyev haqqında öz fikirlərini bildirmişdir. O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən söz açmış, Heydər Əliyevin liderlik missiyasından, dünyaşöhrətli siyasətçinin zəngin siyasi, mənəvi və dövlətçilik irsindən bəhs etmişdir. Ümummilli liderin siyasi fəaliyyətinə nəzər salaraq, Heydər Əliyev zirvəsinin gənclər tərəfindən daim araşdırılmasının əhəmiyyətindən danışıb və sonda qeyd etmişdir ki, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərləri heç zaman unutmaq olmaz. O cümlədən, zəngin siyasi irsə malik olan, böyük düha sahibi Heydər Əliyevin əziz xatirəsi  Azərbaycan var olduqca xalqın qəlbində daim yaşayacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi