Sinif təşkilat saatları Ulu Öndər Heydər anadan olmasının 101-ci ildönümünə həsr edilir

       10/05/2024-cü il tarixdə məktəbin ibtidai sinif müəllimləri Vəliyeva Sitarə, Abbasova Pərvanə, Cabarova Aygünün  rəhbərliyi ilə müvafiq olaraq 2"E", 4"D" və 3"Ə" siniflərində sinif təşkilat saatları Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101- ci ildönümünə həsr edildi.
Qeyd edildi ki, Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.
Böyük siyasi və dövlət xadimi, xalqın dahi lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş və buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi