Azərbaycan Fullkontakt Kyokuşin Karate Federasiyasının qalibiMəktəbimizin 5-ci sinif şagirdi Əliyev Arif Azərbaycan Fullkontakt Kyokuşin Karate Federasiyasının 10-11 yaş, 35 kq çəki dərəcəsi olan uşaqlar arasında keçirdiyi idman yarışmasında 3-cü yeri qazanaraq Diploma layiq görülmüşdür.
Keyfiyyət nişanına layiq görüldükAylardır, üzərində çalışdığımız layihə bizə çox şey qazandırdı. Həm öyrəndik, həm əyləndik. Təkcə öyrənmədik, eyni zamanda öyrətdik.Hər kəsi ölkə mədəniyyətilə yaxından tanış etdik.Təbii ki, bunun üçün böyük zəhmət sərf etdik. Sonunda zəhmətimiz öz bəhrəsini gördü.
"KEYFİYYƏT NİŞANI"NA LAYİQ GÖRÜLDÜK!
5 Mart Bədən tərbiyəsi və idman günü ilə əlaqədar müəllimimiz təltif olundu5 Mart Bədən tərbiyəsi və idman günü ilə əlaqədar məktəbimizin Fiziki tərbiyə fənn metodbirləşmə rəhbəri Fariz İsgənfərov Fəxri Fərmana layiq görülüb. Fariz müəllimi məktəbimizin kollektivi adından təbrik edirik. Uğur və nailiyyətləriniz davamlı olsun.