Məmmədli Azər xanəndəlik nominasiyası üzrə birinci yerə layiq görüldüAzərbaycan Gənclər İttifaqı, Azərbaycan Rəqs Assosasiyası, Jam Groupun təşkilatçılığı ilə Əyani İncəsənət yarışması keçirilmişdir. Müsabiqədə iştirak edən məktəbimizin 7b sinif şagirdi Məmmədli Azər xanəndəlik nominasiyası üzrə birinci yerə layiq görülmüşdür. Əhsən Azərə. Nailiyyətin davamlı olsun.
Leyla Məlikovanın növbəti uğuruMəktəbimizin 9-cu sinif şagirdi Leyla Məlikova Bakı şəhəri üzrə 2 min nəfərdən artıq şagirdlər sırasından seçilərək növbəti uğuru qazandı.
Bakı Şəhər İcra Hakimiyyətində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş paytaxt məktəbliləri arasında keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin qalibi oldu.
Mənbə:
https://www.facebook.com/binegedi.rayonu/posts/394054456064244
Karatedən birinciliyi qazandıqMəktəbimizin 6a sinif şagirdi Məlikov Məhəmməd növbəti birinciliyi ilə bütün kollektivimizi sevindirdi. Vətən müharibəsi qəhrəmanı Elyar Vəliyev və Qobustan rayon şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr, gənclər, kişilər və qızlar arasında Qocyu-Ryu Okinava Karate-Do və Kobudo Kempo idman növləri üzrə keçirilmiş açıq respublika turnirində 35 kq çəkililər arasında I yeri qazanaraq Diplomla təltif olunmuşdur. Əhsən Məhəmmədə. Qarşıdakı idman yarışlarında sənə daima uğur qazanmağı arzulayırıq.