Məktəbimizin şagirdləri beynəlxalq uğura imza atdılar. R.Əliyev adına 3 nömrəli tam orta məktəbin istedadlı şagirdləri növbəti dəfə beynəlxalq arenada öz qabiliyyətlərini sübut etdilər. Məktəbimizin şagirdləri Asiya miqyaslı SASMO (Singapore and Asian Schools Math Olympiad) riyaziyyat olimpiadasında uğurlu nəticələr göstərərək, bizi sevindirən nəticələr əldə ediblər.
3b sinif şagirdi Bahar Sücəddinli və 7c sinif şagirdi Nurlan Şükürlü olimpiadada öz yüksək bacarıqları ilə fərqlənərək bürünc medala layiq görüldülər. Bu uğur onların gələcək təhsil həyatında da əvəzsiz bir motivasiya olacaqdır.
Bundan əlavə, 1-ci sinif şagirdi Məğrur Şirinli, 4-cü sinif şagirdi İbrahim Hacıyev və 5-ci sinif şagirdi Uğur Şirinov isə yüksək səviyyədə iştirak edərək həvəsləndirici yerlərə layiq görüldülər. Bu, onların qarşıdakı illərdə daha böyük uğurlara imza atmalarına olan ümidləri daha da artırır.
Sentyabrın 8-də keçirilən təltifolunma mərasimi xüsusi coşqu və fəxr hissi ilə yadda qaldı. Tədbirdə çıxış edənlər şagirdlərimizin qazandığı uğurların arxasında dayanan müəllimlərə və valideynlərə də təşəkkürlərini bildirdilər.
Bu nailiyyətlər məktəbimizin yüksək təhsil keyfiyyətinin və şagirdlərimizin zəhmətinin bariz göstəricisidir. Gələcəkdə daha böyük uğurlar qazanmaq üçün məktəb olaraq dəstəyimiz və səylərimiz davam edəcəkdir.
Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman şahmat məktəbi "Zəfər"gününə həsr olunmuş yarışElm və Təhsil Nazirliyinin nəzdində olan "Təhsil" respublika İdman mərkəzi Publik Hüquqi Şəxsin 4 nömrəli ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman şahmat məktəbi "Zəfər"gününə həsr olunmuş yarış keçirmişdir.
Yarışda Binəqədi rayonu R. Əliyev adına 3 nömrəli tam orta məktəbin 4d sinif şagirdi İsgəndərov Həsən finala qədər çıxaraq gümüş medala və əlavə olaraq diploma layiq görülmüşdür.
"BİLİK GÜNÜ"-nə həsr olunmuş məktəblər arasında keçirilən mini-futbol üzrə turnir15 sentyabr"BİLİK GÜNÜ"-nə həsr olunmuş məktəblər arasında keçirilən mini-futbol üzrə turnirdə məktəbimizin komandası 2 ci yer tutmuşdur.