KUNQ- FU SANDA İDMAN NÖVÜNDƏ QƏLƏBƏ QAZANDIQ3 nömrəli tam orta məktəbin 5 c sinif şagirdi Nəzərov Yusif kiçik yaşlarından Şərq əlbəyaxa döyüş növü olan Kunq- fu Sanda idman növü ilə məşğul olmağa başlamışdı. O, bu idman növünə böyük maraq göstərib. Şagirdimiz 28 -29 may tarixlərində 28 may Respublika gününə həsr olunmuş Respublika çempionatında qələbə qazanmışdı. Şagirdimiz Nəzərov Yusif bundan sonra da idmanla məşğul olacağına və bundan da böyük arenalarda Azərbaycan bayrağının yüksəldəcəyini söyləyir. Biz də onun bu arzularına qoşulur və onu bu qələbə münasibəti ilə təbrik edirik. Qarşıdakı yarışlarda ona güclü, möhkəm olmağı, Azərbaycanın üçrəngli bayrağını yüksəklərdə dalğalandırmağı arzu edirik.
GİMNASTİKA YARIŞMASINDA II VƏ III YERƏ LAYİQ GÖRÜLDÜKBinəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdləri Aliyə Seyfulla Elbrus qızı və Xalidə Seyfulla Elbrus qızı Gimnastika yarışmasında II və III yeri qazandılar. Əhsən birincilərimizə. Aliyə və Xalidə şagirdimizə gələcəkdə davamlı olaraq daim uğurları ilə seçilənlərdən olmasını diləyirik. Sinif müəllimi Ləman Azadovaya şagirdlərinin uğurlarını daim diqqətdə saxladığı üçün təşəkkür edirik. Təbriklər bir daha.
GÜRCÜSTANDA KEÇİRİLƏN FUTBOL YARIŞMASINDA QALİB OLDUQMəktəbimizin V ç sinif şagirdi Fateh Cəfərzadə Gürcüstanda keçirilən Shota Cup 2022 turnirində Sabah klubunun əsas heyətində yarışmaya qatılaraq vətənə qələbə ilə qayıdıb. Belə ki, turnirə qatılan 32 komandadan ikisi Azərbaycandan olub. Onlardan biri 1-ci, digəri 2-ci yeri tutub. Azərbaycan adına qaldırılan bayraqla, şagirdimizlə fəxr edirik.