"Vətən Müharibəsi-Qarabağ Zəfəri" adlı inşa müsabiqəsinin qalibi olduq8e sinif şagirdi Nuray Namazlı Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən "Vətən Müharibəsi-Qarabağ Zəfəri" adlı inşa müsabiqəsinin Binəqədi rayon turunda qalib olduğu üçün bu gün məktəbimizin rəhbəri tərəfindən xüsusi təltif edildi. Bu diqqət və qayğıya görə məktəb rəhbəri Əməkdar müəllim Almaz Həsrətə təşəkkür edirik.
"Mən 1-ci Qarabağ müharibəsi veteranının--bir hərbçinin qızı olaraq üzümü sizə tuturam, ey şəhidim, ey qazim, ey vətən oğlum! Şuşada gəzəcəyəm sənin ayaqlarınla, Cıdır düzünü seyr edəcəyəm sənin gözlərinlə, xarıbülbülü dərəcəyəm sənin əllərinlə. Hər bir anımda sizləri xatırlayacağam, Azərbaycan igidləri! Bütün varlığımla söz verirəm! And içirəm! "
8e sinfinin vətənpərvər şagirdi Nuray Namazova Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Binəqədi r. İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən" Vətən müharibəsi-Qarabağ Zəfəri"adlı müsabiqənin rayon turunda birinci yerə layiq görülərək şəhər turunun da qalibi oldu.
8-ci sinif şagirdi Mirzağa Mirzağayev tələbələrə qalib olubHələ 7-ci sinifdə oxuyarkən "Fibonacci" intellektual yarışına qoşulub öz yaşıdları ilə deyil, 10-11-ci sinif şagirdləri ilə rəqabət aparanda hər kəs onun verdiyi doğru, dəqiq cavablara heyran qalmışdı. Nəinki sinfimizin, nəinki məktəbimizin, eyni zamanda eTwinning layihəsində bizimlə birgə çalışan digər ölkə müəllimlərinin də sevgisini qazanan Mirzağa Mirzağayev bu gün də duelə çıxdı. Bu dəfə isə məktəblilərlə deyil, universitet tələbələri ilə yarışdı və ağlı, zəkası, cəldliyi ilə birinci yeri qazandı. Ümumi bilik yarışında qazandığı uğur münasibətilə onu və yolunda daim mayak olan müəllimlərini təbrik edirəm.
Afərin 8 e!
Şahmat turnirinin qalibi olduqAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Binəqədi rayonu Gənclər və İdman idarəsi tərəfindən keçirilən "2 Fevral - Gənclər günü" münasibətilə keçirilən Şahmat turnirində məktəbimizi şagirdimiz İsgəndərli Yafəs təmsil etmişdir. Şagirdimiz "Qalib ölkənin gəncləri" adlı şahmat turnirində III yerin qalibi olmuşdur.