Nailiyyətlərimiz

Bakı məktəbliləri arasında I yerBakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Abşeron Rəsm Qalereyasında Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda keçirilmiş rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi baş tutmuşdur. Məktəbimizin 9 ç sinif şagirdi Cəfərzadə Elnarə Elşən qızı müsabiqədə I yerə layiq görülmüş, Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyəsi ilə təltif olunmuşdur. Bu münasibətlə gəncimizi təbrik edir, dərslərində uğurlar arzulayırıq.

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı”28.12.2018-ci il tarixdə məktəbimizin direktoru Natəvan xanım Əsədova təhsilin inkişafındakı xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsində yüksək nailiyyətlər əldə etdiyinə görə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunmuşdur.

“Lütfi Zadə adına III Məntiq Olimpiadası”28.12.2018-ci il tarixdə “Lütfi Zadə adına III Məntiq Olimpiadası”nda 3-cü yerə layiq görülmüş məktəbimizin 6A sinif şagirdi Nihad Qasımov medal, diplom və hədiyyələrlə təltif olundu.

HAQQIMIZDA

Bakı şəhəri Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəb 1977-1978-ci tədris ilindən fəaliyyət göstərir.  Bu müddət ərzində məktəbimiz bir sıra müvəffəqiyyətlərə imza atıb.  2009-cu və 2015-ci illər...

BİZİM FƏXRLƏRİMİZ

Mədinə Ziyadxanova Kərim

Nigar Əhmədli Əhməd

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi