Çempionatda III yerAzərbaycan Respubilkası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə Atletika idman növü üzrə respublika çempionatı keçirilmişdir. Çempionatın rayondaxili mərhələsində məktəbimizin komandası üçüncü yerə layiq görülüb.
20/11/2018
Möhtəşəm qələbəMəktəbimizin XI sinif şagirdi Səfərov Mehman Rəhman oğlu Rusiya Federasiyasında keçirilən universal döyüş üzrə Dünya Çempionatında "95+" kq çəki dərəcəsində II yerə layiq görülmüşdür.
16/09/2018
Komandamızın uğuruBinəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 27 noyabr 2017-ci il tarixdə “Binəqədi Gənclər evi”ndə məktəblilər arasında "Dama" idman növü üzrə rayon birinciliyi keçirilmişdir. Yarışda məktəbimizin komandası II yerə layiq görülmüş və diplomla təltif olunmuşdur.